Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




16-cı Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi

5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi

4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi

Press relizi
2
2.09.2010

Hər il ənənəvi olaraq keçirilən “BIHE” - Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi 22-24 sentyabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcəkdir. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” bu sərginin təşkilatçıları qismində çıxış edirlər. Sözügedən sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Artıq 4 ildir ki, “BIHE” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyət nişanına layiq görülür. “UFİ tərəfindən təqdir edilmişdir” nişanı, sərgilərin yüksək səviyyədə təşkil edildiyini sübuta yetirməklə yanaşı, təşkilatçılar tərəfindən təqdim olunan statistik məlumatların doğruluğunun göstəricisidir. 16 illik fəaliyyəti ərzində səhiyyə sərgisi regionda sərfəli müqavilələrin imzalandığı və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulduğu ən mühüm səhiyyə sərgisi hesab olunur. 2010-cu ilin payız sərgilərinin tərəfdaşları “Azerfon-Vodafone”, “Paşa Sığorta”, “Caspel”, “Greenwich Travel”, “SIAR” şirkətləri və Qafqaz Point Otelidir.

İlk dəfə sözügedən sərgi yüksək standartlara cavab verən, yeni və müasir tipli “Bakı Ekspo Mərkəzində” keçiriləcəkdir. Sərgidə Azərbaycan, Almaniya, Rusiya, İran və digər ölkələr də daxil olmaqla, 19 ölkədən 105 şirkətin iştirak edəcəyi gözlənilir. Bu il sərgi iştirakçılarının sayı ötən illə müqayisədə 15% artıq olacaqdır. Yerli istehsalçılar və distributorlar isə sərginin ümumi ərazisinin 40% təşkil edəcəklər. Həmçinin, iştirakçıların 35% “BIHE” sərgisinin debütantları sayılır və onların arasında Bavariya İqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Bavariya Milli Stendi də vardır. Sərgidə Almaniya şirkətləri müasir tibb avadanlıqları, implantantlar, ortopediya məhsulları və dezinfeksiya vasitələrini təqdim edəcəklər. Belarus, Rusiya, Ukrayna və digər ölkələrin iri əczaçılıq şirkətləri isə geniş çeşiddə dərman preparatlarını nümayiş etdirəcəklər. Sərgi ekspozisiyasına tibb və laboratoriya avadanlıqları, aptek və tibb müəssisələri üçün mebel və avadanlıqlar, o cümlədən gigiyena vasitələri kimi bölmələr daxildir.

“BIHE” sərgisi ilə paralel stomatoloji avadanlıqlar, istehlak materialları və bir çox digər tibbi ləvazimatların təqdim ediləcəyi 5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də təşkil olunacaq. Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə Stomatologiya sərgisi çərçivəsində bu il stomatologiya sahəsinin mərkəzi hadisəsinə çevriləcək “Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri” adlı 16-cı Beynəlxalq Stomatoloji Konfrans da keçiriləcəkdir. Azərbaycan, Rusiya və Türkiyə tibbi universitetlərindən 100–dən artıq nümayəndə heyətinin toplaşacağı bu konfrans 23 sentyabr tarixində “Bakı Ekspo Mərkəzi” sərgi kompleksinin konfrans zalında təşkil olunacaqdır.

Bu sərgi ilə eyni vaxtda, yəni 22-24 sentyabr tarixlərində daha bir layihə - 4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi keçiriləcəkdir. Bu sərgidə estetik təbabət, makiyaj və tatuaj üçün nəzərdə tutulmuş avadanlıq və preparatlar, gözəllik salonları üçün alətlər, avadanlıqlar və xidmətlər, dırnaqlara qulluq xidməti və avadanlıqları, kosmetika avadanlıqları, kosmetologiya, təbii kosmetika, müalicə-profilaktik və sağlamlaşdırıcı fitokosmetika, aromaterapiya, mezoterapiya, talassoterapiya, habelə gigiyena vasitələri, pəhriz qidaları / məhsulları, uşaqlara qulluq üçün məhsullar və bir çox digər bölmələr təqdim olunacaqdır. Sərginin bütün iş günlərində Avropanın aparıcı istehsalçılarının müalicəvi kosmetika məhsullarının təqdimat mərasimləri, kosmetik vasitələrin düzgün istifadəsi və mezoterapiya üzrə treninq və təkmilləşdirmə kursları da keçiriləcəkdir. Bundan əlavə, ilk dəfə olaraq, sərgi çərçivəsində estetik təbabət üzrə konfrans da təşkil olunacaqdır. Bu konfransın əsas mövzusu isə dəriyə qulluq proseduraları olacaqdır.

“Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda təşkil olunan sərgilər çərçivəsində “Innovasiyalar Ərazisi” adlı yeni proqram fəaliyyət göstərəcəkdir. Bu proqram sayəsində iştirakçı şirkətlər sərgilər keçirilən ərazilərdə öz yeni və orijinal məhsullarını, habelə texnologiya və xidmətlərini geniş şəkildə nümayiş etdirə biləcəklər. “Innovasiyalar Ərazisi” proqramının təqdim ediləcəyi ilk sərgi isə “BIHE” sərgisi olacaqdır. Bu il keçiriləcək sərgidə ümumi ekspozisiya sahəsinin 35 faizini sənaye yenilikləri təşkil edəcəkdir. Bu yeni texnologiyalar diaqnostikadan tutmuş sanitariyaya qədər ən müxtəlif səhiyyə sahələrini əhatə edəcək. Sərgi çərçivəsində yeni məhsul və texnologiyalar təqdim edən bütün şirkətlər həm stendlərdə, həm də sərginin planında xüsusi işarə ilə qeyd olunacaqlar. Nümayiş etdiriləcək bütün məhsul, texnologiya və xidmətlərin xüsusiyyətləri, habelə şirkətlərin əlaqə məlumatları ilə “Innovasiyalar Ərazisi” proqramının kataloqunda ətraflı şəkildə tanış ola biləcəksiniz. Bu kataloq sərginin bütün iş günlərində “Bakı Ekspo Mərkəzində” sərgi kompleksinin ərazisində paylanılacaqdır.

Beləliklə, “BIHE” sərgisi öz sağlamlığının qayğısına qalan hər bir kəs üçün mühüm tədbir olacaq və sağlamlığın qorunub saxlanılmasına köməklik edəcəkdir. Sərgi və sərgidə təqdim olunan yeniliklər yerli bazarda səhiyyə sahəsinin qabaqcıl məhsul, xidmət və texnologiyalarının təşviqinə dəstək olacaq, bu isə nəticə etibarı ilə ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artmasını təmin edəcəkdir.

 


Məlumat üçün:

“BIHE”, “Stomatology Azerbaijan” və “Beauty Azerbaijan” sərgilərini ziyarət etmək istəyənlər üçün sərnişinləri sərgiyə pulsuz aparıb-gətirəcək rahat avtobuslar təmin olunacaq.

Bu avtobuslar 3 marşrut üzrə hərəkət edəcək:

  • A. Mirqasımov küçəsi 1 (1 saylı Şəhər Klinik Xəstəxanasının yanı) – “Bakı Ekspo Mərkəzi”
  • “Nəriman Nərimanov” metro stansiyası – “Bakı Ekspo Mərkəzi”
  • Heydər Əliyev adına İdman və Konsert Kompleksi – “Bakı Ekspo Mərkəzi”

Avtobusların iş qrafiki ilə bu elektron istinad linkinə daxil olaraq tanış olmaq mümkündür:

http://www.bihe.az/transport





Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  23/11/2017 24/11/2017
USD 1.7002 1.7002
EUR 1.9963 2.0123
GBP 2.2537 2.2659
RUR 0.0287 0.0291
HAVA



Beauty Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek