Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən “Bakı Ekspo” mərkəzində 6-cı Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” (“Beauty Azerbaijan-2012”) sərgisi öz işinə başladı. Bu sərgidə Azərbaycan, Belçika, İtaliya, Latviya, Rusiya və digər ölkələrin peşəkar kosmetika bazarının lideri olan 35 şirkət iştirak edir.

Son illər ərzində “Beauty Azerbaijan” sərgisinin ekspozisiyası sabit artım nümayiş etdirir. Bu il sərginin proqnozlaşdırılan artımı keçə il ilə müqayisədə 10% təşkil edir. Sərginin aktuallığını “Euromonitor International” şirkəti tərəfindən həyata keçirilmiş müstəqil tədqiqatın nəticələri də təsdiq edir. Belə ki, həmin nəticələrə əsasən, növbəti 5 ildə Azərbaycanda kosmetika və bədənə qulluq vasitələri bazarını böyük artım gözləyir.

Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkəti çıxış edirlər.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Stomatoloqlar Assosiasiyasının (ASA) prezidenti Rəna Əliyeva, “Iteca Caspian LLC” şirkətinin İcraçı direktoru Fərid Məmmədov, xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, iştirakçılar, ziyarətçilər və çoxsaylı KİV nümayəndələri iştirak etdilər.

Sərginin rəsmi açılış mərasimində çıxış edən Elsevər Ağayev öz nitqində bildirdi ki: “-Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət yetirilir. Son yeddi ildə ölkədə 450-yə yaxın səhiyyə müəssisəsi və müalicə-diaqnostika mərkəzi inşa edilmiş və ya əsaslı surətdə təmir edilmişdir, bunların 300-ü isə Azərbaycanın rayonlarında yerləşir. Tibb və sağlamlıq sahəsində ölkədə qəbul edilmiş bir sıra dövlət proqramı səhiyyə sisteminin maddi-texniki bazasının genişlənməsinə kömək etmiş, müasir tibb avadanlığı və ən yeni əczaçılıq məhsullarına tələbatın yaranmasına səbəb olmuşdur. Bu cür şəraitdə ixtisaslaşdırılmış tibb sərgisinin keçirilməsi çox vacibdir. İldən-ilə sərgidə xarici şirkətlərin Azərbaycan müalicə müəssisələri ilə əməkdaşlıq etmək marağı müşahidə olunur, iştirakçıların sayı artır və bu sahənin peşəkarları arasında görüşlər və fikir mübadiləsi aparılır”.

“Iteca Caspian” şirkətinin İcraçı direktoru Fərid Məmmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sərginin keçirilməsinə kömək etdiyinə görə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, “- Bu il Beauty Azerbaijan-2012 Azərbaycan, Belçika, Rusiya, İran, Belarus, Türkiyə və Banqladeş də daxil olmaqla 35 iştirakçı bir meydançada toplaşmışdır.

“Beauty Azerbaijan-2012” sərgisində iştirak edən şirkətlər gözəllik salonları, idman klubları, SPA mərkəzləri və bərbərxanaların işində geniş surətdə istifadə olunan məhsul və texnologiyaları təqdim edilərr. Belə ki, sərgi proqramı aşağıda sadalanan bölmələri ehtiva edir: peşəkar kosmetika, bədənə qulluq vasitələri, aromaterapiya, gözəllik salonları üçün avadanlıqlar, dırnağa qulluq üçün materiallar, müalicə kosmetikası, saçlara peşəkar qulluq məhsulları, bərbərxana alətləri, ləvazimatlar və sərfiyyat materialları. Bu il MDB ölkələrindən olan istehsalçılar sərgidə fəal iştirak edirlər. Misal üçün sərgidə ziyarətçilərin diqqətinə Rusiya Federasiyasından ətriyyat və məişət kimyası məhsulları təqdim olunur. Belaruslu istehsalçılar isə öz dəriyə kosmetik qulluq vasitələrini təqdim edirlər.

Bu ilki sərgi təbii kosmetikaya xüsusi diqqət yetirilməsi ilə fərqlənir. Ən iri yerli istehsalçı olan “Gazelli” şirkəti, habelə sərgidə ilk dəfə iştirak edən Belçika və Latviya şirkətləri öz məhsullarını bu sektorda təqdim edirlər. Bundan əlavə, “Beauty Azerbaijan-2012” sərgisi inkişaf etmiş turizm sektoruna malik ölkələrdə məşhur olan, “balıqlarla müalicə və balıq masajı” adlı tamamilə yeni, təbii kosmetoloji proseduranın Azərbaycan bazarında tətbiq edilməsi üçün vasitəçi rolunu oynayacaq.

Sərgi gözəllik sənayesinin son təmayüllərini nümayiş etdirir və peşəkar kosmetika və avadanlıq istehsalçıları, distribütorları və istehlakçılarının, habelə gözəllik və sağlamlıq sənayesinin qabaqcıl nailiyyətlərini öz fəaliyyətlərində istifadə etməyi arzulayan mütəxəssislərin maraqlarını birləşdirəcək.

Ənənəvi olaraq, “Beauty Azerbaijan” sərgisi çərçivəsində iştirakçıların stendlərində ziyarətçilər üçün müxtəlif proseduralar və ustad dərsləri (“Master klass”) təşkil olunur. Bu baxımdan bu ilki sərgi də istisna olmayacaq. Belə ki, “Beauty Azerbaijan-2012” sərgisinin hər üç iş günü ərzində sərginin keçirildiyi ərazidə öz ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin iştirakı ilə saç düzümü, manikür və dəriyə qulluq proseduraları üzrə təqdimatlar və ustad dərsləri keçiriləcəkdir.

Sərgi həm gözəllik sənayesinin peşəkarları, həm də sıravi ziyarətçilər üçün maraqlı olmağı vəd edir və öz işini sentyabr ayının 29-dək davam etdirəcək.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  19/09/2017 20/09/2017
USD 1.7007 1.7007
EUR 2.0368 2.0421
GBP 2.3022 2.2982
RUR 0.0293 0.0293
HAVA



Beauty Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek