Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










“Beauty Azerbaijan 2013”: gözəllik sənayesinin ən yaxşı nümunələri

Foto-reliz

19-cu Azərbaycan Beynəlxalq “Səhiyyə” “BIHE 2013” sərgisi öz işinə başladı. Təsis edildiyi dövrdən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir. “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir -  “Stomatology Azerbaijan 2013” 8-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” sərgisi və “Beauty  Azerbaijan 2013” 7-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” sərgisi keçirilir.

“BIHE” sərgisi növbəti dəfə ölkənin və ümumilikdə bütün Xəzər regionunun tibb ictimaiyyəti üçün əsas tədbirə çevrildi və bu fakt

  • Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev,
  • Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti Rəna Əliyeva,
  • Türkiyə Tibbi Turizm Assosiasiyasının sədri Emin Çakmak,
  • Afyon Kocatepe Universitetinin rektoru Mustafa Solak,
  • “ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon
  • və tibb ictimaiyyətinin çoxsaylı nümayəndələri, iştirakçılar, ziyarətçilər və KİV nümayəndələrinin

iştirak etdiyi rəsmi açılış mərasimində xüsusi olaraq vurğulandı.

Sərginin açılış mərasimində çıxış edən Elsevər Ağayev bildirdi ki: “Azərbaycanda səhiyyə və ölkə vətəndaşları üçün tibbi xidmət məsələlərinə olduqca böyük diqqət yetirilir və ölkədə həyata keçirilən çoxsaylı layihələr buna sübutdur. Son 6 ildə ölkədə 500-dən artıq səhiyyə müəssisəsi və müalicə-diaqnostika mərkəzi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Şübhəsiz ki, “BIHE” sərgisi bu fəaliyyətin ən mühüm göstəricilərindən biridir. Sərgi iştirakçıların ildən-ilə artması da bunu sübut edir.”

Türkiyədən olan qonaqlar iki qardaş ölkə arasında əməkdaşlığa xüsusi diqqət yetirərək qeyd etdilər ki, bu cür əməkdaşlıq istiqamətlərindən biri tibbi turizm sahəsində qarşılıqlı əlaqələrin inkişafı olmalıdır. Məhz bu məqsədlə bazarın bu seqmentini təqdim edən təxminən 30-dan artıq şirkət sərgidə iştirak edir.


“ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon sərginin artımı üzrə bəzi statistik məlumatları qeyd edərək sərginin təşkilinə dəstək göstərdiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təşəkkür etdi və bildirdi ki: ““BIHE 2013” sərgisində dünyanın 17 ölkəsindən 120 şirkət iştirak edir. Bu ölkələr arasında Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya, Türkiyə, Çin və digər ölkələr var. İlk dəfə olaraq, ziyarətçilər sərgidə Qazaxıstan, BƏƏ, İordaniya və digər ölkələri təmsil edən şirkətlərin məhsulları ilə tanış ola biləcəklər. Mən Çexiya milli stendinin təşkili üçün Çexiya Respublikası Sənaye və Ticarət Nazirliyinə, habelə “BIHE” sərgisi çərçivəsində ilk dəfə təşkil edilmiş “Tibbi turizm” layihəsində iştiraka görə Türkiyə nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm. Ümumilikdə isə “BIHE” eksponentlərinin tərkibi 60% xarici və 40% yerli şirkətlərdən ibarətdir.”

“Stomatology Azerbaijan 2013” sərgisi çərçivəsində iştirakçılar ağız boşluğunun gigiyenası üçün vasitələr, stomatologiya avadanlıqları və birdəfəlik istehlak materialları, habelə implantologiya və dişlərin ağardılması üzrə ən yeni texnologiyaları təqdim edəcəklər.


“BIHE 2013” sərgisinin fərqləndirici cəhəti ilk dəfə olaraq sərgi çərçivəsində xaricdə tibbi xidmətlər təklif edən təqribən 15 müxtəlif klinika və tibb mərkəzini özündə birləşdirən “Tibbi turizm” bölümünün təşkilidir. “BIHE” sərgisinin “Tibbi turizm” bölümü çərçivəsində klinika və tibbi-profilaktika müəssisələrinin iştirakı Ümumdünya Tibbi Turizm Assosiasiyası (“Global Healthcare Travel Council GHTC”) və Türkiyə Tibbi Turizm Assosiasiyasının (“Turkish Healthcare Travel Council THTC”) dəstəyi ilə təşkil olunur.

Sərgini həmçinin zəngin işgüzar proqram müşayiət edəcək. Çexiya şirkətlərinin təqdimatı və “GE Healthcare” və “Medeks” şirkətlərinin radiologiya mövzusunda simpoziumu keçiriləcək. Bundan başqa, iştirakçı şirkətlərin stendlərində müxtəlif seminar və təqdimatlar da təşkil olunur.

“BIHE” sərgisi həmçinin Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  19/09/2017 20/09/2017
USD 1.7007 1.7007
EUR 2.0368 2.0421
GBP 2.3022 2.2982
RUR 0.0293 0.0293
HAVA



Beauty Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek